Çində dilənən robotlar gündəm oldu -VİDEO
17 iyun 2026 10:43 (UTC +04:00)

Çində dilənən robotlar gündəm oldu -VİDEO

0

Çində küçələrdə diz çökərək insanlardan pul istəyən humanoid robotların görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, küçələrində peyda olan insanabənzər robotlar əllərini birləşdirərək baş əyir, yanlarında yerləşdirilmiş QR-kodu göstərir və “Batareyamı doldurmağa pulum yoxdur” və ya “Elektrik ödənişinə təcili ehtiyacım var” kimi ifadələr səsləndirirlər.

Qısa müddətdə yayılan videolar internet istifadəçilərini iki yerə bölüb. Bəziləri hadisəyə yumorla yanaşaraq “Evsiz insanlar artıq öz yerlərinə robot göndərirlər” və “Süni intellekt altı aya bütün dilənçiləri əvəz edəcək” kimi şərhlər yazıblar.

Digər istifadəçilər isə hadisənin daha dərin məna daşıya biləcəyini düşünürlər. Onların fikrincə, küçədə yardım istəyən robotlar süni intellektlə insanlar arasındakı münasibətlərin getdikcə daha qəribə hala gəlməsini simvolizə edən performans və ya sosial eksperiment ola bilər.

Hələlik bu ideyanın müəllifi və videoların hansı layihə çərçivəsində çəkildiyi barədə rəsmi məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 126

Oxşar yazılar