Bunları etsəniz noutbuklarınızın ömrü UZANACAQ
06 yanvar 2023 09:22 (UTC +04:00)

Bunları etsəniz noutbuklarınızın ömrü UZANACAQ

Noutbukların vaxtından tez sıradan çıxması əksər insanların yaralı yeridir.

Lent.az xarici KİV-ə istinadən noutbukların tez sıradan çıxmasına səbəb olan bir neçə pis vərdişi açıqlayır.

Dərin təmizlik...

Noutbuk yalnız çöldən deyil, içəridən də mütəmadi olaraq təmizlənməlidir. Vaxt keçdikcə noutbukun içərisində çoxlu miqdarda toz toplanır. Noutbukunuzun içi ən azı ildə bir dəfə təmizlənməlidir.

Termal pasta...

Termal pastanın mütəmadi olaraq dəyişdirilməsi də çox vacibdir. Termal pasta quruduqca bir neçə ildən bir dəyişdirin.

Temperatur rejimi...

Noutbukunuz əgər soyuqdan gətirilibsə, onu dərhal yandıra bilməzsiniz. Ən azı bir neçə saat isti otaqda qalmalıdır.

Güclü vibrasiya...

Noutbuku avtomobildə və ya ictimai nəqliyyatda istifadə etməyin, sarsıntı sabit diskə mənfi təsir göstərir.

Əgər bunları diqqətdə saxlayıb, tətbiq etsəniz, noutbukunuzun ömrü uzana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568
avatar

Fidan İlqar

Oxşar yazılar