“Bugatti”dən  1 milyon dollarlıq   qol saatı
24 iyul 2023 12:25 (UTC +04:00)

“Bugatti”dən 1 milyon dollarlıq qol saatı

“Bugatti” yeni üslubda qol saatını təqdim edib.

Lent.az xəbər verir ki, yeni saatın qiyməti 1 milyon dollardır.

Bildirilir ki, saat Fransa bayrağının rənglərində qiymətli daşlarla qeyri-adi dizayn edilib. Siferblatda məşhur “W16” mühərrikinin miniatür versiyası var.

Aksessuar 148 mavi sapfir, 45 ağ brilyant və 149 yaqut ilə təchiz edilib. Dial sapfir və yaqut saat markerləri ilə bəzədilib, dəqiqə izi isə tamamilə brilyantdan hazırlanıb. O 578 komponentdən ibarətdir.

Onlar suya davamlıdırlar və 30 metrə qədər dərinlikdə işləyə bilirlər.

Saatı yalnız “Bugatti Chiron” hiperkarının sahibləri ala bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3312
avatar

Sevinc Fərid

Oxşar yazılar