Bu smartfon şirkəti yenidən  lider oldu
31 mart 2023 17:09 (UTC +04:00)

Bu smartfon şirkəti yenidən lider oldu

“Samsung” keçən ay qlobal smartfon bazarında liderliyini bərpa edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Samsung” ötən ay “Apple”ı keçərək yenidən birinciliyə yüksəlib. 

Fevralda “Samsung” qlobal smartfon bazarında 3,5 faiz artımla 21,1 faiz paya sahib olduğunu bildiriblər. Beləliklə, Koreya korporasiyası “Apple”ı qabaqlayaraq liderliyini yenidən qazanıb. 

Analitiklər “Samsung”un uğurunun səbəbini də açıqlayıblar. Uğurun “Galaxy S23” modelinin bazara buraxılması və yaxşı satışlar keçirmələri ilə bağlı olduğunu bildiriblər. “Samsung” Çin istehsalçıları ilə birlikdə, yəni “Xiaomi”, “Oppo” və “Vivo” markalı modelləri ilə bazarın 11,5, 8,9 və 8,2 faizlik payla ilk beşliyə daxil ediliblər. 

Qeyd edək ki, 2023-cü ilin ikinci ayında smartfon istehsalçıları bazara 89,57 milyon ədəd smartfon tədarük edib. Bu, yanvar ayı ilə müqayisədə 10 faiz, bir ilin eyni dövrü ilə müqayisədə isə 15 faiz azdır. 
 

# 2505
avatar

Sevinc Fərid

Oxşar yazılar