Rusiya bazarında “iPhone 12 Pro Max”ın qiyməti 80 min rubla qədər azalıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, fevralın əvvəlində 2020-ci ilin payızında buraxılan model 80 min rubla satılıb. Satışın başlanğıcında cihazın qiyməti 110 min rubl idi. Beləliklə, məşhur cihaz təxminən 25 faiz ucuzlaşıb.
Bildirilir ki, əlavə kamera variantları olan smartfona hələ də tələbat yüksəkdir. Lakin onun bazarda qiyməti nəzərəçarpacaq dərəcədə azalıb.
Həmçinin fevralın əvvəlində Rusiyada “iPhone 14 Pro”nun qiyməti dörd dəfə ucuzlaşıb. Belə ki, satışların başlanğıcında pərakəndə satıcılar paralel idxalla gətirilən telefon 119 999 rubl dəyərində qiymətləndirilib və 2023-cü ilin əvvəlində onun qiyməti 90 000-ə düşüb.