Dünya yeni elektrik avtomobil istehsalçısını qarşılamağa hazırlaşır.
Lent.az xəbər verir ki, iki ildən sonra qapılarını açmağı planlaşdıran Perseusun rəsmi təqdimatı baş tutub.
Jaguar Land Rover, Lotus, Bentley və INEOS kimi böyük qruplarda çalışmış rəhbərlərin daxil olacağı bu yeni şirkəti Məhəmməd Yehya əl-Baqqali idarə edəcək.
Perseusun məqsədi Avropanın ən böyük istehsalçılarından biri olmaqdır. Onlar ilk modelləri ilə bazarda rəqabəti artıraraq buna nail olmağı planlaşdırırlar.
Şirkətin ilk model SUV olacaq və model haqqında ətraflı məlumat yaxın aylarda təqdim olunacaq.
Perseus rəhbərliyi yolsuzluq avtomobilinin istehsalı üçün təcrübəli bir marka ilə müqavilə imzaladıqlarını və ilk modelin innovativ platforma üzərində qurulacağını açıqlayıb.