Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan “Twitter” yeni funksiyasını təqdim edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tətbiq istifadəçilərin şəxsi şəkillərini icazəsiz paylaşılmasına ciddi nəzarət edəcək.
“Twitter” mövzu ilə bağlı açıqlamasında şikayət olunduğu təqdirdə foto və ya videoları siləcəklərini açıqlayıb. Bu prosesin “şəxsi məlumat siyasəti”ni gücləndirmək üçün edildiyi qeyd edilib.