Yaqut daşı oğurlayan Röyal İmamverdiyev və Ruslan Orucov
15 mart 2021 16:36 (UTC +04:00)

Yaqut daşı oğurlayan Röyal İmamverdiyev və Ruslan Orucov

Bakıda bahalı yaqut daşını soyğunçuluqla ələ keçirənlər saxlanıldı -VİDEO

Xətai rayonunda nadir tapılan, yüksək qiymətli çəhrayı yaqut daşını soyğunçuluq yolu ilə ələ keçirənlər saxlanılıblar.
 
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində zərərçəkən şəxsə külli miqdarda ziyan vurmaqla törədilən soyğunçuluq hadisəsinin üstü açılıb.

Cəlilabad rayon sakini olan bir nəfər Xətai rayon Polsi İdarəsinə müraciət edərək bildirib ki, bir müddət əvvəl ona məxsus çəkisi 14,88 qram olan qiymətli, nadir tapılan çəhrayı yaqut daşını satmaq istəyib. Özünü Türkiyə vətəndaşı Çağdaş kimi təqdim edərək onunla əlaqə saxlayan bir nəfər həmin daşı almaq üçün görüşmək istədiyini bildirib. Zərərçəkənlə Xətai rayonu ərazisində görüşən həmin şəxs daşın keyfiyyətini və saflığını yoxlamaq məqsədi ilə çəhrayı yaqutu ondan alıb, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının zərərçəkənin şikayəti əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda müəyyən edilib ki, hadisəni əvvəllər məhkum olunmuş paytaxt sakinləri Röyal İmamverdiyev və Ruslan Orucov törədiblər. Yaşadıqları mənzilə baxış zamanı zərərçəkənə məxsus yaqut daş, həmçinin, Ruslan Orucovun evindən əlavə 4 kiloqram 735 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Röyal İmamverdiyev və Ruslan Orucov cinayət yolu ilə əldə etdikləri yaqut daşı bir müddət sonra Türkiyə və ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq satmağı planlaşdırıblar.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 180.4 (Soyğunçuluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Röyal İmamverdiyev və Ruslan Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə, DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Bakıda bahalı yaqut daşı oğurlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744
avatar

Mehman Nəbiyev

Oxşar yazılar