“Apple”dan yeni “AirPods”lar   – Toxunmadan idarə edəcəksiniz
11 mart 2023 13:42 (UTC +04:00)

“Apple”dan yeni “AirPods”lar – Toxunmadan idarə edəcəksiniz

“Apple” şirkəti yeni naqilsiz “AirPods” qulaqlığını təqdim edib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu qulaqlığın özəlliyi fiziki toxunuş olmadan onun idarə olunmasıdır. 

Belə ki, “AirPods” sahibi səsin gücünü tənzimləmək üçün fiziki toxunuş etməsinə ehtiyac yoxdur. Bunun üçün istifadəçi sadəcə başını aşağı yuxarı əyməsi kifayətdir. Aşağı əyilən zaman səs azalacaq, yuxarı qaldıran zaman isə səs artırılacaq. 

Məlumata görə, şirkət bu qulaqlıqları daha da təkmilləşdirməyi düşünür. Məsələn, başı sağa və sola çevirməklə başqa funksiyaların həyata keçirilməsi də bu planlar daxilindədir. 

# 3078
avatar

Sevinc Fərid

Oxşar yazılar