“Apple” şirkəti yeni mini “iPad”ı il sonuna qədər təqdim edəcək.
Lent.az xəbər verir ki, şirkətin yeni “iPad”ı əslində gələn il nümayiş edəcəyi gözlənilirdi. Ancaq “Apple” istifadəçilərinə milad sürprizi etmək qərarına gəlib.
Məlumata görə, yeni yığcam “iPad”də planşet üçün lazım olan bəzi komponentlərin və ehtiyat hissələrinin tədarükü artıq kiçik həcmdə həyata keçirilir. Bu, “iPad mini 7”nin bu ilin dördüncü rübündə, yəni oktyabrdan dekabradək buraxılacağı bildirilir.
Yeni “iPad”lərdə indiki A15 əvəzinə daha yeni A16 çipset veriləcək. Həmçinin RAM və batareyanın ömründə bir qədər artım olacaq.
Təqdim olacaq planşetlərdə yeni güclü M3 prosessoru və OLED displeyləri olacaq.
Qeyd edilir ki, yeni “iPad” lər hazırkı modellərdən demək olar ki, 80% baha olacaq.