Apple Pro max-lardan da güclü  yeni "iPhone" hazırlayır
25 aprel 2026 16:29 (UTC +04:00)

Apple Pro max-lardan da güclü yeni "iPhone" hazırlayır

0

“iPhone 18” modelinin baza versiyası ilk dəfə olaraq 12 GB operativ yaddaş (RAM) əldə edə və bu göstərici ilə ötən ilin Pro modelləri səviyyəsinə yüksələ bilər.

Lent.az xəbər verir ki, bu barədə MacRumors yazır.

Məlumata görə, analitik Dan Nystedt bildirib ki, standart modeldə RAM həcmi “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” ilə eyni olacaq.

Yaddaşın artırılması Apple Intelligence adlı süni intellekt funksiyalarının inkişafı ilə əlaqələndirilir. Bu imkanların iOS 27 tərkibində təqdim ediləcəyi gözlənilir. Belə funksiyalar yüksək resurs tələb etdiyindən, şirkət baza modeli performans baxımından Pro cihazlara yaxınlaşdırmağı planlaşdıra bilər.

Bundan əlavə, daha əvvəl Appleın TSMC tərəfindən istehsal olunan 2 nm çiplərin ilk partiyasını A20 chip prosessoru üçün rezerv etdiyi barədə məlumat yayılıb. Bu çipin “iPhone 18” seriyasında istifadə olunacağı gözlənilir. Yeni texnologiyanın 3 nm həllərlə müqayisədə təxminən 15% performans artımı təmin edəcəyi, eyni zamanda enerji səmərəliliyinin qorunacağı bildirilir.

Eyni zamanda, standart “iPhone 18” modelinin Pro versiyalarından daha gec təqdim olunacağı ehtimal edilir. Onun yalnız 2027-ci ilin əvvəlində “iPhone 18e” və ikinci nəsil “iPhone Air” ilə birlikdə satışa çıxarılması gözlənilir. Halbuki yüksək seqment modellər və qatlanan “iPhone”un ənənəvi olaraq payızda təqdim ediləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar