"Apple" bu noutbuklarının köhnəldiyini elan etdi
03 iyun 2023 18:19 (UTC +04:00)

"Apple" bu noutbuklarının köhnəldiyini elan etdi

“Apple” orijinal 12 düymlük MacBook-u nadir modellər siyahısına köçürüb.

Lent.az xəbər verir ki, “Apple”ın daxili yaddaşını oxuyan media jurnalistlərinin fikrincə, 2015-ci ildə istehsla olunan noutbuklar rəsmi olaraq iyunun 30-da köhnələcək. Amerika korporasiyası, cihazın satışa təqdim edilməməsindən yeddi ildən çox vaxt keçsə, onu nadir cihaz kimi tanıyır.

Mütəxəssislər qeyd ediblər ki, noutbukun köhnəlmiş elan edilməsi o deməkdir ki, şirkət onun üçün ehtiyat hissələrini artıq tədarük etməyəcək. Nəticədə “Apple” servis mərkəzlərində cihaza texniki qulluq və ya təmir edilə bilməz.

# 2112
avatar

Oxşar yazılar