“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik
21 iyun 2026 08:56 (UTC +04:00)

“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik

0

ABŞ-ın süni intellekt şirkəti “Anthropic” xəbərdarlıq edib ki, onların “Claude” modeli artıq öz kodunun 80%-dən çoxunu özü yazır. Bu göstərici ötən ilin əvvəlində 10%-dən aşağı idi.

Lent.az xəbər verir ki, şirkət bu tendensiyanın özünü təkmilləşdirən süni intellekt mərhələsinə keçidin əlaməti olduğunu bildirib.

Gələcəkdə belə sistemlər hətta özlərindən daha inkişaf etmiş yeni süni intellekt modelləri yarada bilər.

“Anthropic”in tədqiqatçıları qeyd edirlər ki, bu texnologiya böyük elmi və texnoloji irəliləyişlər vəd etsə də, nəzarətin itirilməsi kimi ciddi risklər də yaradır.

Şirkət hesab edir ki, inkişaf prosesi təhlükəli həddə çatarsa, süni intellektin inkişaf tempini yavaşlatmaq və ya müvəqqəti dayandırmaq variantı da nəzərdən keçirilməlidir.

Bununla belə, belə bir qərarın həyata keçirilməsi üçün bir çox ölkələrin və aparıcı süni intellekt şirkətlərinin birlikdə hərəkət etməsi lazım olduğu vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar