Almaniya şirkət uçan taksinin sınaq uçuşunu həyata keçirib - VİDEO
12 avqust 2024 07:48 (UTC +04:00)

Almaniya şirkət uçan taksinin sınaq uçuşunu həyata keçirib - VİDEO

Hava taksiləri üzərində araşdırmalar aparan “Volocopter”, uzun mənzilli “VoloConnect” modelinin ilk sınaq uçuşunu həyata keçirib.

Lent.az xəbər verir ki, Almaniya şirkəti olan “Volocopter” 2019-cu ildə "Volocity" adlı uçan taksisini təqdim etmişdi.

Tam elektriklə işləyən uçan taksi vertolyot kimi şaquli şəkildə qalxıb enə bilir.

Üzərində 18 pərin olduğu “VoloCity”nin, uçuş zamanı tarazlığı təmin etmək üçün üzərində stabilizator da var.

Şirkət sınaq uçuşunun videogörüntüsünü internetdə paylaşıb.

Həmin videonu sizə təqdim edirik:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar