Surrey Universitetinin britaniyalı alimləri karbon qazını effektiv şəkildə udan və oksigeni buraxan “Chroococcidiopsis cubana” bakteriyasından ibarət bioboya hazırlayıblar.
Lent.az xarici mediaya istinadla bildirir ki, tədqiqatçıların fikrincə, bu kompozisiya həm Yerdə, həm də Marsın sərt mühitində istifadə oluna bilər. Məqalə Microbiology Spectrum (MS) elmi jurnalında dərc olunub.
“Chroococcidiopsis cubana” bakteriyaları Marsdakı şəraitə bənzəyən səhralarda yaşayır. Mikroorqanizmlər həddindən artıq zəif işıq şəraitində belə fotosintez etmək qabiliyyəti sayəsində sağ qalırlar.
Mikrobioloqlar mikroorqanizmlərin təhlükəsiz şəkildə mövcud ola biləcəyi lateks və gil nanohissəcikləri əsasında xüsusi örtük yaradıblar. Daha sonra mikrobların 30 gün ərzində karbon dioksidi udmaq və oksigen çıxarmaqla necə mübarizə apardıqlarını müşahidə ediblər.
Məlum olub ki, “canlı boya” olan bakteriyalar bütün ay ərzində gündə bir qram biokütlə üçün 0,4 qram qaza qədər oksigeni sabit şəkildə buraxır.
Tədqiqatın müəllifi və bakterioloq Susi Hanqli Uilson, “Mexaniki cəhətdən dayanıqlı, hazır bio örtüklər və ya “canlı boyalar” adətən su tələb edən bioreaktor əsaslı proseslərdə su istehlakını azaltmaqla bu problemləri həll etməyə kömək edə bilər”, deyib.