“Alfa-X” sürət qatarı
23 fevral 2021 19:14 (UTC +04:00)

“Alfa-X” sürət qatarı

“5G” şəbəkəsinin sürət qatarında sınağı keçirildi - İNANILMAZ NƏTİCƏ

Yaponiyanın “East Japan Railway” dəmiryolu şirkəti “NTT Docomo” mobil rabitə operatoru ilə birlikdə beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) “Alfa-X” ekspress qatarının köməyi ilə siqnalın ötürülməsini sınaqdan keçirib.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, nəticədə 500 Mbit/saniyə sürətində siqnalın qəbulu, 100 Mbit/saniyə sürətində ötürülməsinə nail olunub.

Testlər zamanı “Docomo” operatorunun infrastruktur və avadanlığı, eləcə də 360 km/saat sürətlə hərəkət edən “Alfa-X” qatarı cəlb olunub.

İki baza stansiyası yolda bir-birindən 900 metr aralıda olmaqla 1-1,5 km məsafədə quraşdırılıb, kommutasiya avadanlığı isə qatarda yerləşdirilib.

Sınaqlar 4,85 QHs tezlik diapazonunda 100 MHs zolaq genişliyində aparılıb. 

“East Japan Railway” və “Docomo” tərəfindən aparılan uğurlu testdən məlum olub ki, sistem həm yol infrastrukturunda, həm də qatarda video rejimində “4К/8К” təsvir ölçülü görüntünü dayanıqlı şəkildə ötürə bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Oxşar yazılar