Çin 2030-cu ilə qədər öz astronavtlarını Aya endirməyi planlaşdırır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, layihə planına görə, çinlilər ilk dəfə 2030-cu ilə qədər Aya enəcəklər. Bu missiya zamanı iki astronavt Ayda gəzinti aparatını idarə edəcək.
Qeyd olunur ki, astronavtlar Ayın səthində hərəkət edə, elmi təcrübələr və tədqiqatlar apara biləcəklər.