2023-cü ilin  ən yaxşı smartfonu   - Çox asan təmir olunur
30 oktyabr 2023 12:23 (UTC +04:00)

2023-cü ilin ən yaxşı smartfonu - Çox asan təmir olunur

“Nokia” smartfonları 2023-cü ilin ən yaxşı telefonlardan biri seçilib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Nokia G22” markalı telefon ən ağıllı və maraqlı qadcet elan edilib. 

Smartfonun özəlliyi onun yüksək davamlılığıdır. Kiçik bir tornavida və beş dəqiqəlik vaxtı olan hər kəs batareyanı, ekranı, kameranı və arxa qapağı - ən çox qırılan hissələri dəyişdirə, əvəz edə bilər.

Məlumata görə, keçən il təxminən 5,3 milyard mobil cihaz xarab olub. Bu itkilər daha asan təmir olunan avadanlıqların populyarlaşmasına səbəb olub. Bundan sonra da "Nokia" smartfonları diqqət çəkməyə başlayıb. 

Xüsusiyyətlərinə görə, “Nokia G22” adi büdcə telefonudur. 90 Hz tezlikli 6,52 düymlük HD displey, Unisoc T606 prosessoru, 4/64 GB yaddaş və 5050 mAh batareyaya sahibdir. IP52 nəm qorunması var. İstehsalçı 5 il ehtiyat hissələri dəstəyi və iki il Android yeniləmələri (üç illik təhlükəsizlik yamaları) vəd edir.

“Nokia G22” bu ilin mart ayında 150 avro qiymətinə buraxılmışdı. 


 

# 6171
avatar

Sevinc Fərid

Oxşar yazılar