2023-cü ildə bu telefonları  alın - İlk üçlük
05 may 2023 15:28 (UTC +04:00)

2023-cü ildə bu telefonları alın - İlk üçlük

Mütəxəssislər 2023-cü ildə alınası yaxşı telefonların adını açıqlayıb. 

Lent.az xəbər verir ki, müasir dünyada insanlar üçün texnologiya sahəsi hər keçən gün dəyişir, yenilənir. Belə olan halda onunla ayaqlaşmaq çətinləşir. 

İndi isə mütəxəssislər bu il üçün alına biləcək yaxşı telefonların adını açıqlayıb. 

Belə ki, birinci yeri “Samsung Galaxy S23 Ultra” tutub. Smartfonun ən böyük üstünlüyü yüksək keyfiyyətli kamerasıdır. O 200 meqapiksel, 6,8 düymlük LTPO dinamik AMOLED displey, Qualcomm Snapdragon 8 Gen2 çipsetinə (3,36 GHz) malikdir. Ancaq hələ ki, bu model satışa çıxarılmayıb. 

Alınacaq ən yaxşı telefonlar arasında ikinci yeri isə yenə “Samsung” şirkətinə məxsus “Galaxy S23” modelidir. Ekran 6,1 düymlük Dynamic 2X AMOLED, 1080x2340 təsvir ölçüsünə malikdir. İki yaddaş ölçüsü təqdim olunur - 128 GB və 256 GB.

Üçüncü yer isə “Apple” şirkətinə məxsus “iPhone 14 Pro” və “iPhone 14 Pro Max” telefonlarıdır. Bu “iPhone”lar “Apple” şirkətinin ən qabaqcıl modelləri hesab olunur.

Onlar 6,1 düymlük LTPO Super Retina XDR ekranı və 1179x2556 təsvir ölçüsü ilə rəqiblərini geridə qoyur. 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8332

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48