Robinzon Kruzonun prototipi:  illərlə kimsəsiz adada qalan dənizçi kimdir?
17 aprel 2025 15:08 (UTC +04:00)

Robinzon Kruzonun prototipi: illərlə kimsəsiz adada qalan dənizçi kimdir?

Bəzi məşhur əsərlər yazıçı təxəyyülünün məhsulu deyil, real hadisələrə əsaslanan bədii nümunələrdir.  1709-cu ildə yazıçı Daniel Defonun yazdığı və adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi əks olunan “Robinzon Kruzo” romanında olduğu kimi. Əsərin qəhərmanı adada 28 il yaşayır və sonda xilas olur. 

Yazıçı Daniel Defo müəyyən dəyişikliklər etsə də, Robinzon Kruzo obrazını real şəxsdən -  Şotland dənizçisi Aleksandr Selkirkdən götürmüşdü.

Lent.az 4 ildən çox okeanla əhatələnmiş kimsəsiz adada təkbaşına yaşayan və sonda xilas olan bu şəxs barədə yazını təqdim edir.

Robinzon Kruzonun prototipi olan şotland dənizçisi Aleksandr Selkirk maraqlı bioqrafiyaya malik idi.

O, davakar xarakterli idi, çox spirtli içki qəbul edirdi və pirat gəmilərindən birində kapitan köməkçisi kimi çalışırdı. Bu maraqlı insanın şıltaq və problemli xasiyyəti o qədər ciddi idi ki, 1705-ci ildə həmin gəmi kapitanı guya ərzaq toplamaq üçün adalardan birinə öz köməkçisini quruya endirdi və bir daha onun arxasınca geri qayıtmadı. Ona yalnız bir qazan, barıt olan bir tüfəng və İncil kitabı qoyub getdilər.

Barıt qısa zamanda tükəndi və tərk edilmiş pirat sahildə yuyulmuş bir çəlləyin metal halqasından ov üçün bıçaq düzəldir. O, adətən İncil kitabını oxumaqla boş vaxtını keçirirdi.

Bütün bu müddət ərzində yalnız bir dəfə adanın yanından gəmi keçdi və bir dəfə başqa bir ispan gəmisinin ekipajı sahilə çıxdı. Selkirk ispan gəmisindən öz varlığını gizlətdi.  Bunun səbəbi çox sadə idi: Həmin gəmidə dəniz quldurlarına qarşı döyüşən ispanlar var idi və onu tapsalar mütləq edam edərdilər.

Taleyin xoş fortunası 1709-cu il fevralın 1-də Selkirkə gülümsədi: yaxınlıqda Britaniya bayrağı olan gəmi peyda oldu və onun ekipajı siqnal səsi eşitdi. Maraqlıdır ki, həmin gəminin kapitanı, bir vaxtlar onu adada tərk edən və Britaniya taxtına xidmət edən şəxs idi. Buna görə Selkirk əvvəlcə gəmiyə minməkdən imtina etdi, lakin əfv zəmanəti aldı və böyük bir istəklə adanı tərk etdi.

Onu xilas edəndən sonra bütün Avropa onun haqqında danışırdı və piratın özü hər fürsətdə, əgər ona içki verilsə, başına gələn uğursuzluqları danışmağa hazır idi. Selkirk quruda heç vaxt dinclik tapmadı, donanmaya qayıtdı və 1713-cü ildə sarılıqdan öldü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2260

Oxşar yazılar