Piyada keçidi nişanı   şagirdi öldürdü   - VİDEO
25 oktyabr 2025 14:41 (UTC +04:00)

Piyada keçidi nişanı şagirdi öldürdü - VİDEO

1

Rusiyanın Voronej şəhərində piyada qeyri-adi hadisənin qurbanı olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə axşam saatlarında Sol Sahil (Levoberejnıy) rayonunun mərkəzində, Leninqradskaya və Serov küçələrinin kəsişməsində baş verib.

İlkin məlumata görə, “Renault” markalı avtomobilin sürücüsü sola dönərkən yol vermə qaydasına əməl etməyib və “Niva” avtomobillə toqquşub. Zərbənin nəticəsindən “Niva” səkiyə doğru atılıb və piyada keçidi nişanına çırpılıb.

Metal konstruksiya həmin an işıqforda gözləyən 14 yaşlı məktəblinin üzərinə aşıb. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hazırda baş verən hadisənin bütün detalları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 804

Oxşar yazılar