Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq prezidenti Mişel Platini Beynəlxalq Futbol Federasiyasını (FİFA) əsl mafiya adlandırıb.
Lent.az xəbər verir ki, Platini 2007-ci ildən 2015-ci ilə qədər UEFA-nın prezidenti olub. Lakin FİFA-nın Etika Komitəsi onu korrupsiya ittihamlarından sonra səkkiz il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb.
“FİFA həqiqi mafiyadır, hər şey eyni insanların əlində cəmləşib. Onlar məni məhv etməyi qərara aldılar. Lakin buna nail ola bilmədilər. Futbol nə FİFA-ya, nə də UEFA-ya, insanlara məxsusdur”, — Platini deyib.
2022-ci ildə İsveçrə məhkəməsi Platinini dələduzluq və qeyri-vicdanlı idarəetmə ittihamlarından bəraət qazandırıb.
 
                 
                             
    