Zorlanan xadimə qadınla bağlı  SON XƏBƏR
14 iyul 2021 12:11 (UTC +04:00)

Zorlanan xadimə qadınla bağlı SON XƏBƏR

"Sabirabbadda yaşadığı evdə tək olanda iki nəfərin döyərək zorladığı qadının sosial-psixoloji vəziyyəti araşdırılıb".

Bu barədə Lent.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib. O bildirib ki, komitənin əməkdaşları qadını ziyarət ediblər:

“Məsələ barədə iyunun 6-da komitədən Daxili İşlər Nazirliyinə müraciət göndərilib. Ailədə olan uşağın da sosial-psixoloji vəziyyəti qiymətləndirilib”.

E.Səfərov bildirib ki, baş verən hadisə ilə bağlı ailəyə dəstək göstərilir:

“Bu cür hadisələrin olması yolverilməzdir. Zorakılığı törədənlər qanun çərçivəsində məsuliyyətə cəlb edilməlidir. Ailəyə sosioloqlar, psixoloqlar və hüquqşünaslar dəstək göstərir. Hazırda bu istiqamətdə işlər aparılır”.

Qeyd edək ki, qadını zorlayan F.Əmrahov və Ə.Əmrahov əmioğludurlar.

Təcavüzə məruz qalan qadının həyat yoldaşı bir neçə il bundan qabaq dünyasını dəyişib. O, 13 yaşlı oğlu ilə birgə yaşayır, kənd mağazalarından birində xadimə işləyir.

Əlavə edək ki, məsələ ilə bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5955
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar