Zaqatalada internat məktəbi bağlanır.
Lent.az xəbər verir ki, buna etiraz edən məktəbin müəllim və valideyn kollektivi aksiyası keçiriblər.
Aksiya iştirakçıları bildiriblər ki, Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya 2024-cü ilin yanvarından təmirə bağlanıb. Lakin bir ildən artıq vaxt keçməsinə baxmayaraq məktəbin fəaliyyəti bərpa edilməyib. İndi isə deyirlər ki, məktəb təyinatını dəyişərək fəaliyyət göstərəcək. Belə ki, internat tipli gimnaziya ləğv edilərək lisey olacaq.
Valideyn və müəllim kollektivi isə buna etiraz edir. Onlar deyir ki, internatda valideynlərini itirmiş və tək valideynli uşaqlar imtiyazlı təhsil alırdılar. Lakin liseydə onlar bu imtiyazlardan faydalana bilməyəcəklər.
Ətraflı videoda: