Yol polisindən tıxacla bağlı valideynlərə  İTTİHAM
23 sentyabr 2021 12:39 (UTC +04:00)

Yol polisindən tıxacla bağlı valideynlərə İTTİHAM

Sentyabrın 29-dan etibarən orta məktəblərin yuxarı siniflərində tədris başlayır.

Bu səbəbdən paytaxtın mərkəzi küçələrində yola yaxın ərazilərdə yerləşən məktəblərin qarşısında sıxlıq yaranacağı ehtimal olunur. Yol polisinin keçirdiyi bu qədər təbliğat xarakterli tədbirlərə baxmayaraq, əksər valideynlər yenə süni tıxac yaradır və dayanma-durma qaydalarını pozur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov mövzu ilə bağlı Lent.az-a danışarkən bildirib ki, yollara yaxın yerləşən məktəblərin qarşısındakı sıxlıq dayanma-durma tələblərini pozan sürücü valideynlərin hesabına yaranır.

Vaqif Əsədov

“Bildiyimiz kimi, sentyabrın 29-dan dərs ili tam olaraq başlayır. Sözsüz ki, bu səbəblə paytaxtın ümumi istfadədə olan yollarına bitişik məktəblərinin ətrafında süni sıxlıq yaranacaq. Bu da təbii ki, həmin ərazilərdə yerləşən məktəblərin qarşısında dayanma-durma qaydalarını pozan valideynlərin hesabına meydana gələcək. Ona görə əvvəlcədən valideynlərdən xahiş edirik, yollarda hərəkət intensivliyini aşağı salmamaq üçün dayanma-durma qaydalarına tam riayət etsinlər. Unutmayın ki, sizin 1 dəqiqəyə övladınızı məktəbə düşürməyiniz ləngimələr yaradır.

Sözsüz ki, təhlükəsizliyin təmin edilməsi üçün tərəfimizdən zəruri tədbirlər həyata keçirilir. Hərəkətin təşkil edilməsində, xüsusilə, yol kəsişmələrində, birləşmələrdə müfəttişlərimiz pik saatlarda xidmət edir, sürücülərə istiqaməti göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601

Oxşar yazılar

Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04