Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı-Şamaxı və Bakı-Quba yolunda reydlər keçirib.
Baş İdarənin Xüsusi Tağımının komandir əvəzi Vüqar Qasımov Lent.az-a bildirib ki, reydlər zamanı xeyli sayda sərxoş və psixotrop maddələrin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıb. Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb.