İyulun 7-də ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 7 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.
MTRŞ-dam Lent.az-a bildirilib ki, müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib.
APA Mark" MMC;
"Təhsil TV" MMC;
"Balans Studiyası" MMC;
"İNS ÇM" MMC;
"İsti Press" MMC
"Medical Media" MMC
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.