Yeni ili unudulmaz atmosferdə, sevdiyiniz müğənnilərin canlı ifaları ilə qarşılamaq istəyənlər üçün 31 dekabr axşamı ölkənin müxtəlif məkanlarında əsl bayram ab-havası yaşanacaq.
Yeni ili məşhur müğənnilərlə eyni məkanda qeyd etmək neçəyə başa gəlir?
Lent.az mövzuyla bağlı araşdırmanı təqdim edir.
Nadir Qafarzadə ilə musiqili gecə

Şəhərin mərkəzindəki restoranlardan birində müğənni Nadir Qafarzadə səhnə alacaq.
Qiymət: 140 manat
Proqram: musiqi, bayram menyusu və əyləncə atmosferi.
Premium gecə: Nuri və Jane

Lüks istirahət zonasında keçiriləcək premium yeni il gecəsində Nuri və Jane çıxış edəcək.
Qiymət: 450–600 manat
Proqram: canlı ifalar, şou elementləri və yüksək səviyyəli bayram formatı.
Yeni İl Partisi – UMU və dünya ulduzları ilə

Populyar əyləncə məkanlarından birində təşkil olunacaq gecədə dünyaca məşhur MAAURA (LIKE DAT) səhnəyə çıxacaq. Onlara Backeer & Elline və Monroe da qoşulacaq.
Qiymət: 35–200 manat
Proqram: DJ, canlı performanslar, dinamik musiqi və festival ab-havası.
Ulduzlarla dolu Yeni İl gecəsi
![]()
Şəhərin böyük məkanlarından birində aşağıdakı sənətçilərin iştirakı ilə geniş proqram təqdim olunur:
Hiss
Şəbnəm Şovuzlu
Vəfa Şərifova
Nazənin
Namiq Qaraçuxurlu
Qiymət: 200–250 manat
Proqram: limitsiz yemək və içki, şou proqram və canlı musiqi.
Gala formatında bayram - Ədalət Şükürov və Eyyub Yaqubov

Yeni ili mini-tətillə birləşdirmək istəyənlər üçün ölkənin nüfuzlu istirahət komplekslərindən birində xüsusi paket təqdim olunur.
Qiymət: 2000 manat
Paketə daxildir:
31 dekabr giriş
2 yanvar çıxış
Bayram gecəsi konsert proqramı və istirahət.
Geniş tərkibli musiqi şousu
Əyləncəsi bol gecə istəyənlər üçün iri restoran-komplekslərdən birində iki nəfərlik paket təklif olunur.
Çıxış edənlər:
Niyaməddin Musayev
Şəbnəm Tovuzlu
İzzət Bağırov
Vəfa Şərifova
Elnur Məmmədov
Balaəli
Pərviz Bülbülə
Qiymət: 400 manat (iki nəfər üçün)
Proqram: rəngarəng səhnə çıxışları, musiqi dolu şənlik və bayram süfrəsi.