Türkiyədə baş vermiş zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.
O bildirib ki, yaxın günlərdə bizdə güclü zəlzələ olması ehtimalı yoxdur.