Bu gün Abşeron rayonu Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə Lent.az-a "Azərsu" ASC-dən bildirilib. Məlumata görə, məhdudiyyət magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.