Xəstəxanaya yerləşdirilən yeniyetmənin SON DURUMU
04 aprel 2023 17:43 (UTC +04:00)

Xəstəxanaya yerləşdirilən yeniyetmənin SON DURUMU

Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti haqqında məlumat yayıb.

Lent.az xəbər verir ki, məlumatda deyilir:

"Bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən o xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib. Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Arzu Qurbanlı

Oxşar yazılar