XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq
23 dekabr 2022 14:33 (UTC +04:00)

XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

Dekabrın 24-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Qorağan-Qax-Zaqatala, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Yevlax-Xocalı-Laçın, Həkəri-Zəngilan Gəncə-Daşkəsən, Goranboy-Tərtər, Şəmkir-Gədəbəy, Bərdə-İstisu, Hacıqabul-Şirvan, Xaldan-Mingəçevir, Göyçay-Ucar, Ucar-Zərdab-Ağcabədi, Xaldan-Mingəçevir, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2172
avatar

Oxşar yazılar