Nazirlər gələn ay da regionlarda vətəndaşlarla görüşəcək. Lent. az-ın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov iyunda Şirvanda vətəndaşları qəbul edəcək. Nazirin vətəndaşlarla görüşü iyunun 12-də baş tutacaq.
Nazirin qəbulunda Şirvan, Neftçala, Hacıqabul, Sabirabad, Salyan, Füzuli, İmişli, Beyləqan, Saatlı sakinləri iştirak edə bilər.