Zabrat yoluna göz dəydi...
23 aprel 2013 13:23 (UTC +04:00)

Zabrat yoluna göz dəydi...

Aprelin 23-də səhər saatlarından Sabunçu dairəsindən Zabrata gedən magistral yolda böyük tıxac meydana gəlib.

 

Tıxaca səbəb isə “Azərsu”ASC-nin magistral yolu bir neçə yerdən qazaraq su boruları keçirməsi olub. Səhər saatlarından başlayan qazıntı işləri yolda ucu-bucağı görünməyən tıxaca səbəb olub. Ərazidə çalışan fəhlələrin “musavat.com”a verdiyi məlumata görə, qazıntı işlərinin axşam saatlarına kimi yekunlaşacağı gözlənilir.

 

Qeyd edək ki, qazıntı işləri ilə bağlı Bakının 14 kəndinə işləyən marşrut avtobuslarının qrafiki tamamilə alt-üst olub. Bakı kəndlərinə gedən paytaxt sakinləri isə saatlarla tıxacda gözləməli olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1543
avatar

Oxşar yazılar