Yusif, Əli, Hüseyn, Məhəmməd, Zəhra...
13 may 2014 13:11 (UTC +04:00)

Yusif, Əli, Hüseyn, Məhəmməd, Zəhra...

Azərbaycanda son 5 il ərzində yeni doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil adların siyahısı açıqlanıb.


 

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, son 5 il ərzində doğulan oğlan uşaqlara ən çox verilən Yusif adıdır. Bu ad 14 173 nəfərə qoyulub. Oğlan adları arasında populyarlıq qazanan digər adlar isə Əli (11338), Hüseyn (10435), Məhəmməd (7344) və Murad (6769) adıdır.

 

Ötən 5 il ərzində qız adları arasında ən çox üstünlük təşkil edən ad isə Zəhradır.

 

14 394 nəfərə Zəhra adı verilib. Qız adları arasında populyarlıq qazanan digərləri isə Nuray (12368), Fatimə (11738), Zeynəb (6490), Ayan (6473) və Aylindir (6340). 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190
avatar

Oxşar yazılar