Yol Polisi fiziki şəxslərə müraciət etdi
14 mart 2014 18:05 (UTC +04:00)

Yol Polisi fiziki şəxslərə müraciət etdi

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.


 

İdarədən APA-ya verilən məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarında müvafiq dəyişikliklərin edilməsinə qədər respublikadaxili yük daşımalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi üzrə Azərbaycan Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq aşağıda göstərilən hədlərin tətbiqi müəyyən edilib.

 

İkioxlu yük avtonəqliyyat vasitəsi üçün yük 18 ton, üçoxlu yük avtonəqliyyat vasitəsi üçün 30 ton, pnevmatik avadanlıqlarla təchiz olunmuş avtonəqliyyat vasitəsi üçün 27 ton, dördoxlu yük avtonəqliyyat vasitəsi üçü 40 ton, beşoxlu yük avtonəqliyyat vasitəsi üçün isə 44 ton müəyyənləşib.

 

Sürücülərdən yükdaşıma qaydalarına ciddi riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1350
avatar

Oxşar yazılar