Yevlax Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı - SƏRƏNACAM
11 iyul 2013 19:07 (UTC +04:00)

Yevlax Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı - SƏRƏNACAM

Prezident İlham Əliyev Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 milyon manatı Yevlax Şəhər İcra Hakimiyyətinə ayrılıb.
Sərəncamla Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493
avatar

Oxşar yazılar