Yeni sürücülük vəsiqəsi ilə bağlı dəyişikliyi qəbul edildi
Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik Azərbaycanın qoşulduğu Vyana Konvensiyasının tələblərindən irəli gəlir.
Layihədə triskl, kvadrsikl ilə bağlı təsnifat, sürücülük hüququ ilə bağlı yeni alt kateqoriyalar müəyyənləşir.
Layihə səsə qoyularaq qəbul olunub.
374