AMEA Əlyazmalar İnstitutu XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Nəcəfqulu bəy Şeydanın “Gülşəni –maarif ” təzkirəsinin əlyazmasını əldə edib. Bu barədə Lent. az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
N. Şeydanın “Gülşəni –maarif ” adlı təzkirəsində XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağda, Bakıda və Şamaxıda yaşamış 24 Azərbaycan şairi barədə məlumatlar, əsərlərindən nümunələr yer alıb.
Təzkirənin nəşri və tədqiqi həmin dövr ədəbiyyat tariximizin öyrənilməsi baxımından önəmlidir.
Qeyd edək ki, indiyə qədər Əlyazmalar İnstitutunda N. Şeydanın şeirlər toplusu saxlanılırdı və həmin əsərlər institutun direktor vəzifəsini icra edən Paşa Kərimovun tərtibatı və ön sözü ilə müasir əlifbada çap edilib.