Yenə şimşək çaxacaq, yağış yağacaq
20 may 2013 12:49 (UTC +04:00)

Yenə şimşək çaxacaq, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti  mayın 21-də və 22-də gözlənilən hava proqnozunu açıqlayıb.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin axşam buludluluğun artacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz -22-27 dərəcə isti olacaq.

 

Mayın 22-də də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Gecə 14-18 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, mayın 21-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin səhər və axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Temperatur Aran rayonlarında gecə 13-18, gündüz 23-28 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.

Mayın 22-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur gecə 13-18, gündüz 23-28 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 18-23 isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1801
avatar

Oxşar yazılar