Yəməndə yaşayan azərbaycanlılar bu ölkədən çıxmaq istəmir
30 mart 2015 14:24 (UTC +04:00)

Yəməndə yaşayan azərbaycanlılar bu ölkədən çıxmaq istəmir

 

"Ədəndə yaşayan azərbaycanlılar ölkədən çıxmaq istəmədiklərini dedilər"

 

“Yəməndəki hadisələrlə bağlı Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə müraciət edən olmayıb”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri, Yəməndə də akkreditə olunmuş Rasim Rzayev deyib. O bildirib ki, səfirlikdə rəsmi şəkildə Yəməndə yaşayan 3 nəfər qeydiyyatdan keçib: "Onlar Ədəndə yaşayır. Yəməndə vəziyyət gərginləşəndə biz onlara müraciət etdik. Onlar vəziyyətin sabit olduğunu, çıxmaq istəmədiklərini dedilər".

 

Səfirin sözlərinə görə, Azərbaycan tərəfi bir neçə dəfə Yəmən Xarici İşlər Nazirliyinə orada yaşayan azərbaycanlıların rəsmi qeydiyyata alınmasında kömək göstərilməsi xahişi ilə müraciət edib. R. Rzayev hazırda Yəməndə real olaraq nə qədər azərbaycanlının yaşadığı barədə məlumatın olmadığını söyləyib.

 

Diplomat qeyd edib ki, Yəməndə vəziyyətin daha da pisləşəcəyi halda Türkiyənin həmin ölkədəki səfirliyinə azərbaycanlıların ölkədən çıxarılması işində kömək etmələri barədə müraciət olunmuşdu: “Lakin Türkiyə öz səfirliyinin fəaliyyətini dayandırdı. İndi Rusiyanın bu ölkədəki səfirliyi ilə danışıqlar aparılıb. Onlar hər cür köməyə hazır olduqlarını bildiriblər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

5 may 2025 , 17:47
Arzu olunan bədən forması üçün 7 QAYDA

Arzu olunan bədən forması üçün 7 QAYDA

5 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

5 may 2025 , 16:47
Maqnit qasırğaları hücum edir:  O qədər güclü olacaq ki...

Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki...

5 may 2025 , 15:27
Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU  – Stressə girməyəcəksiniz

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz

5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI

5 may 2025 , 11:00