Azərbaycan yay vaxtına keçib. APA-nın məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblər bir saat irəli çəkilir.
Hər il oktyabrın ayının son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 31 mart 2013-cü il tarixində saat 4.00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçib.