Yaxın günlərdə avtomatlaşdırılmış pensiya təyinatı sistemi işə düşəcək
08 iyul 2013 12:32 (UTC +04:00)

Yaxın günlərdə avtomatlaşdırılmış pensiya təyinatı sistemi işə düşəcək

Dövlət Sosial Müdafiə Fondunun  (DSMF) Yasamal rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, açılış mərasimində DSMF sədri Səlim Müslümov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı  İbrahim Mehdiyev iştirak ediblər.

Səlim Müslümov son illər respublikanın 70-dən yuxarı rayonunda yerli şöbələr üçün hər cür müasir avadanlıq və texniki vasitələrlə təmin olunmuş yeni inzibati binaların tikilib istifadəyə verildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, hər bir rayon şöbəsində müasir informasiya texnologiyalarına əsaslanaraq yaradılan yeni baza elektron xidmətlərin tətbiq dairəsinin daha da genişlənməsinə,  sığorta-pensiya sistemində vətəndaş–məmur kontaktlarının azaldılmasına və sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə hesablanıb: “Avtomatlaşdırılmış pensiya təyinatına keçid üçün görülən işlər tamamlanmaq üzrədir. Bu prosesin yüksək səviyyədə icrası üçün yerli şöbələrin də üzərinə böyük məsuliyyətin düşür. Qurulan maddi-texniki baza artıq bizim yaxın günlərdə bu prosesə başlamağımıza tam imkan verir. İşləyən vətəndaşların sosial sığortaya cəlb olunması, bütövlükdə sığortaolunanların uçota alınması şöbə işçilərinin qarşısında duran əsas vəzifədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675
avatar

Oxşar yazılar