Yapon həkimlər məcburi köçkünləri müayinə edib
08 iyul 2013 20:39 (UTC +04:00)

Yapon həkimlər məcburi köçkünləri müayinə edib

Yaponiyalı oftalmoloqların iştirakı ilə Mingəçevirdə məcburi köçkünlər üçün xeyriyyə aksiyası keçirilib.

 

APA-nın məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əsas özəl donorlarından olan Yaponiyanın “Fuji Optical” şirkətinin təşkilatçılığı ilə Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin 52 saylı Ağdam köçkün orta məktəbində keçirilən xeyriyyə tədbirində görmə qabiliyyəti zəif olan insanlar müayinədən keçirilib.

 

Yaponiyalı göz həkimi Okio Kanaenin rəhbərlik etdiyi 5 həkim 3 gün ərzində 1000-dən çox insanının gözünü müayinə edib, 900 nəfərə isə yaxın və uzaq görməni asanlaşdıran eynəklər veriblər. Müayinələrdə Mingəçevirdə məskunlaşan 10 rayonun sakinləri iştirak edib.

 

Qeyd edək ki, oftalmoloq Okio Kanaenin rəhbərlik etdiyi tibb işçiləri artıq 9-cu dəfədir ölkəmizdə bu xeyirxah missiyanı həyata keçirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479
avatar

Oxşar yazılar