YAP rəsmisi: “Qiymət artımı sosial partlayışa səbəb olmayacaq”
05 dekabr 2013 17:02 (UTC +04:00)

YAP rəsmisi: “Qiymət artımı sosial partlayışa səbəb olmayacaq”

“Təəssüf edirəm ki, mətbuat Tarif Şurasının yalnız artımla bağlı qərarlarını qabardaraq, ictimai rəyə çatdırır. Tarif Şurasının aşağı saldığı qiymətlərdən isə danışan yoxdur”.

 

Bunu Lent.az-a açıqlamasında YAP icra katibinin sədr müavini, deputat Mübariz Qurbanlı deyib. O bildirib ki, Milli Məclisin bu həftə qəbul etdiyi bir sıra sosial yönümlü qanunlar da əhalinin həyatının yaxşılaşdırılmasına xidmət edir.

 

Deputatın sözlərinə görə, benzinin qiymətinin artırılmasından ajiotaj yaratmağa cəhd edənlər hökumətin qəbul etdiyi sosial proqramlara və Tarif Şurasının qiymətlərini endirdiyi digər xidmətlərə baxsınlar: “Mən inanmıram ki, yanacağın qiymətinə edilən artım cəmiyyətdə hansısa sosial partlayışa səbəb olsun. Sosial partlayış radikal müxalifətin arzusunda olduğu boş iddiadır. Qiymət artımları isə normal iqtisadiyyatı olan bütün ölkələrdə olur və qiymətlər iqtisadi qanunauyğunluğa əsasən artırılır”.

 

M.Qurbanlı deyib ki, qiymət artımından kimsə istifadə etmək istəyib, ölkədə qarşıdurma, xaos yaratmağa cəhd etsə, bu, heç bir nəticə verməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884
avatar

Anar Gəraylı

Oxşar yazılar