Xroniki yorğunluq sindromunun səbəbi
13 mart 2015 22:04 (UTC +04:00)

Xroniki yorğunluq sindromunun səbəbi

Xroniki yorğunluq sindromunun daşıyıcıları hətta ən adi hərəkətlər və yüngül yüklənmə zamanı yorğunluq hiss edirlər.

 

Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, buna səbəb həm də onlarda əzələlərin yorğunluğu barədə siqnal ötürən əsəblərin öz işini həddindən artıq yaxşı görməsidir.

 

Ailmlər bu qənaətə silsilə fiziki tapşırıqlar yerinə yetirən sindrom daşıyıcıları və sağlam insanların sağlamlığını müşahidə edərkən gəliblər.

 

Müşahidələr zamanı məlum olub ki, sindrom daşıyıcılarının əsəb sisteminin işinin pozulması onların tez bir zamanda yorulmasına gətirib çıxarır. Onlar daim özlərini yorğun hiss edirlər.

 

Hesablamalara əsasən, bu xəstəlikdən dünya əhalisinin təqribən 2-3 milyonu əziyyət çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar