Müasir dövrdə əgər insanın illik gəliri 93 min 310 dollara çatırsa, həmin andan özünü xoşbəxt hiss edir.
Lent.az-ın “Deyli Teleqraph” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Miçiqan Universitetinin sosioloqları apardıqları araşdırma sonucunda bu qənaətə gəliblər.
İnsanlar illik gəlirləri 475 min 610 dollara çatanda isə özlərini tam xoşbəxt sayırlar. Sosioloqlar qeyd ediblər ki, xoşbəxtliyin pulla bağlı olmadığı hesab edilir, lakin müasir cəmiyyət həyat səviyyəsi və keyfiyyətinə çox böyük önəm verir. Buna görə də hazırda pul insanların öz vəziyyətini müəyyənləşdirməkdə etalona çevrilib.