Xocalılar tibbi müayinədən keçirilib
23 fevral 2013 20:42 (UTC +04:00)

Xocalılar tibbi müayinədən keçirilib

 

Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər pulsuz tibbi müayinədən keçiblər. Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev məlumat verib. O bildirib ki, şəhərdə çalışan müxtəlif ixtisaslı 25-ə yaxın həkim qəsəbədə 400-ə yaxın məcburi köçkünü müayinə edib. Müayinə olunanların əksəriyyəti uşaqlar olub.

 

A. Zərbəliyev bildirib ki, 9 nəfərin cərrahi əməliyyata ehtiyacı olduğundan, onlar Gəncəyə dəvət edilib və növbəti həftə həmin şəxslər əməliyyat ediləcək. Bundan başqa, səhhətində problem olanlara pulsuz dərmanlar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419
avatar

Oxşar yazılar