Xilasetmə qüvvələrinin taktiki-xüsusi təlimi olub
06 noyabr 2013 22:09 (UTC +04:00)

Xilasetmə qüvvələrinin taktiki-xüsusi təlimi olub

Xüsusi Riskli Xilasetmə Xidməti , Xüsusi Riskli Xilasetmə və Mühafizə alayı, Kinoloji Tabor, Çevik Xilasetmə İdarəsi və digər xilasetmə qüvvələri taktiki-xüsusi təlim çıxışında olublar.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin İctimaiyyətlə əlaqələr sektorundanAPA-ya verilən məlumata görə, taktiki-xüsusi təlimin keçirilməsində məqsəd ölkə ərazisində baş vermiş dağıntıların nəticələrinin aradan qaldırılmasına çevik reaksiya verilməsini və partlayışlar nəticəsində baş vermiş dağıntılarda xüsusi riskli xilasetmə işlərinin təşkili, zərərçəkmişlərə ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, axtarış – xilasetmə işlərində tətbiq olunan alət və avadanlıqlardan istifadəsini, keçiriləcək xilasetmə əməliyyatlarında texniki təhlükəsizlik tədbirlərinə riayət olunmasını təmin etmək üçün praktiki vərdişlərin artırılması olub. Təlimlərə  rəhbərliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini-qərərgah rəisi, general-mayor Məhərrəm Həsənov edib.

 

Ssenariyə əsasən, Nardaran qəsəbəsində yerləşən pansionatın inzibati binasında yanğın və dağıntılarla müşayiət olunan partlayışlar baş verib. Ətrafda olan kiçik yaşayış binaları dağılıb. Bu məqsədlə təlimdə iştirak edən xilasedicilər təbii və texnogen mənşəli fövqəladə halların (hadisələrin) nəticələrinin aradan qaldırılması tədbirlərini həyata keçiriblər.

 

Xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirildikdən sonra dərhal hadisə yerinə yollanıblar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilmiş və texnika-təhlükəsizlik qaydalarına tam riayət etməklə axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.

 

Xilasetmə və mühafizə qrupları zərərçəkmişləri təhlükəli ərazidən uzaqlaşdırıb, ərazi mühafizəyə alınıb, giriş çıxışlar məhdudlaşdırıb. Ərazidə fəaliyyət göstərən qüvvələr baş vermiş yanğınları söndürüb, dağıntılar altında qalmış cəsədləri çıxarıb, zərərçəkmişləri təxliyə edərək onlara ilk tibbi yardım göstəriblər. Bundan əlavə pansionatın ərazisində yerləşən köməkçi binalardan birində partlayış təhlükəli əşya aşkar olunub və xidmətin pirotexnik və istehkam qrupu tərəfindən su topu vasitəsilə  zərərsizləşdirilib. Baş vermiş fövqəladə hal (hadisə) zamanı xüsusi təlim görmüş itlərdən, pirotexnik qruplardan, xilasetmə alət və avadanlıqlarından geniş istifadə olunub. Nəticə etibarı ilə dağıntılar altından şərti olaraq 4 cəsəd çıxarılıb, 12 nəfər zərərçəkmişə ilk tibbi yardım göstərilib, 21 nəfər təxliyə olunub və 1 ədəd partlayış təhlükəli əşya aşkar olunaraq zərərsizləşdirilib.

 

Ümumilikdə təlimə Xüsusi Riskli Xilasetmə Xidmətinin 140 əməkdaşı və 17 texnikası cəlb olunub.

 

Bütün bunlarla yanaşı  xilasetmə işlərinin aparılması zamanı şəraitin psixoloji təsir xüsusiyyətləri, öz vəziyyətini idarəetmə üsulları mövzusunda xilasedicilərə müvafiq tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147
avatar

Oxşar yazılar