Xəstəxana pul vermədiyi üçün doğuşa alınmayan xəstəni qəbul etdi
31 iyul 2013 15:15 (UTC +04:00)

Xəstəxana pul vermədiyi üçün doğuşa alınmayan xəstəni qəbul etdi

 

 

Sumqayıt şəhər 1 saylı doğum evində pul vermədiyi üçün əməliyyata alınmayan 10 aylıq hamilə Sima Ağaməmmədova artıq 2 saylı xəstəxanaya qəbul edilib.

 

Sumqayıt şəhər 1 saylı xəstəxanasından Lent.az-a verilən məlumata görə, xəstə S. Ağaməmmədova 2 saylı doğum evində qeydiyyatdadır. Buna görə də xəstəni həmin xəstəxana qəbul etməlidir.

 

S. Ağaməmmədova isə Lent.az-a açıqlamasında deyib ki, o, 2 saylı xəstəxanaya qəbul edilib və bu gün əməliyyata alınacaq.

 

S. Ağaməmmədovanın həyat yoldaşı Murad Orucov əməkdaşımıza bildirib ki, həyat yoldaşı hamiləliyin 10-cu ayındadı və sahə həkimi onun təcili əməliyyat olunmasını vacib bilib: “Lakin məndə tələb edilən pul olmadığına görə Simanın əməliyyatı uzadılıb. Bu gün də gördüm ki, həkimlər yaxın durmur, mətbuata bu barədə məlumat verdim. Bundan sonra Sumqayıt İcra Hakimiyyətindən bir xanım gəldi və Simanı xəstəxana qəbul etdilər. İndi də məndən əməliyyatın məsuliyyətini öz üzərimə götürməyim barədə ərizə tələb edirlər. Yoldaşım ötən il vərəm dispanserində müalicə olunub. Onun şəxsi durumu da yaxşı deyil. Mən məsuliyyəti öz üzərimə götürmürəm. Yoldaşıma və ya uşağa nə isə olarsa, həkimlərdən şikayət edəcəyəm”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar